İngiltərədə həddindən artıq istilərlə bağlı qırmızı xəbərdarlıq verilib


  • 15:42

İngiltərədə həddindən artıq istilər səbəbindən qırmızı xəbərdarlıq verilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın "MET Office" Meteoroloji Xidməti məlumat yayıb.

İngiltərə və Uelsin əksər ərazilərində qarşıdakı günlərdə temperaturun 37 dərəcəni keçəcəyi, bəzi ərazilərdə isə 38-40 dərəcəyə çatacağı gözlənilir.

İstiliyi yüksək rütubətin müşayiət edəcəyi gözlənilir.

Yükəsk temperaturun sağlamlıq risklərini artıra biləcəyi barədə əhaliyə xəbərdarlıq edilib.

Qeyd edək ki, İngiltərənin bəzi bölgələrində keçən ay temperatur 35 dərəcəni keçib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər