Fransada 13 nəfər suda boğularaq ölüb


  • 16:06

Fransada həftə sonu ərzində 13 nəfər suda boğularaq həyatını itirib.

E-huquq.az xarici KİV-ə istoinadən xəbər verir ki, ölkədə müşahidə olunan kəskin istilər bir sıra fəsadlara yol açıb.

Ölənlərdən biri 17, digəri isə 13 yaşlı yeniyetmədir.

Eyni zamanda, dünən günortadan sonra Touchay qəsəbəsində baş verən yanğın nəticəsində 25 hektar əkin sahəsi yanaraq kül olub.

Yanğın zamanı 44 nəfər təxliyə edilib, 3 yanğınsöndürən isə yüngül xəsarət alıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər