- 17:23
Türkiyənin istanbul şəhərində fabrikdə güclü yanğın olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulun Fatih rayonunda tekstil fabrikində naməlum səbəbdən yanğın başlayıb.
Yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənib.
Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər, polis və tibb qrupları cəlb edilib.
Zərərçəkmişlərə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilir.
Yanğın yanğınsöndürənlərin müdaxiləsindən sonra söndürülüb.
Şəbnəm Mehdizadə