- 17:47
E-huquq.az xarici K8İV-ə istinadən xəbər verir ki,18-ci əsrdən bəri saray ərazisində olan bu ağır daş artefakt uzun müddət sadəcə dekorativ əşya kimi qəbul edilib və qurğuşun çuxura bərkidilərək istifadə olunub. Təxminən 2 metr uzunluğunda və 400 kiloqram çəkisi olan sarkofaq Roma İmperiyası dövründə çox varlı bir şəxs üçün hazırlanıb. Daş üzərindəki relyeflərdə mifoloji obrazlar - Dionis, Herakl və Ariadne kimi fiqurlar təsvir edilib.
2016-cı ildə ekspertlərin müdaxiləsindən sonra artefaktın həqiqi dəyəri müəyyən olunub. Bundan sonra "Blenheim sarkofaqı" adlandırılan daş tabut bərpa edilərək sarayda qorunmağa və sərgilənməyə başlanıb.
Bununla belə, onun dəqiq mənşəyi və İngiltərəyə necə gətirildiyi hələ də məlum deyil.
Şəbnəm Mehdizadə