Hindistanda tədris mərkəzində yanğında azı 14 nəfər ölüb


  • 17:23

Hindistanın Uttar-Pradeş əyalətində yerləşən Laxnau şəhərində tədris mərkəzinin binasında güclü yanğın baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə əyalət üzrə Baş nazir müavini Brajeş Patxak məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində azı 14 nəfər həlak olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə tələbələrin alovdan və sıx tüstüdən xilas olmaq üçün pəncərələrdən tullanmağa çalışdıqları görünür.

Yanğının səbəbi araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər