Qətərin Baş naziri: "Netanyahu yenidən Yaxın Şərqdə eskalasiyanı təhrik edir"


  • 17:47

"İsrail hökumətinin rəhbəri Binyamin Netanyahu Yaxın Şərqdə gərginliyin artmasına ilk dəfə deyil səbəb olur".

E-huquq.az xəbər verir ki, bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani İsrail hərbçilərinin Livandakı hərəkətlərini pisləyərək deyib.

O, İsrailin atəşkəs dövründə cəmi bir neçə gün ərzində 100-ə yaxın livanlını öldürməsini qəbuledilməz adlandırıb.

Baş nazir, həmçinin vurğulayıb ki, Livan torpaqlarının davam edən işğalı dayandırılmalı və Livanın suverenliyinə hörmət edilməlidir.

Əl-Tani qeyd edib ki, Vaşinqton İsrailin Livandakı hərəkətləri ilə bağlı "düzgün rol oynayır".

Humay Eminqızı

Oxşar xəbərlər