- 11:22
Türkiyənin 8 vilayətində saxta sənədlərdən istifadə edilərək yaşayış icazələrinin verilməsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində polis əməkdaşları ilə birgə keçirilən əməliyyat zamanı 64 şübhəli saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəlilər qeyri-qanuni yollarla çox sayda xarici vətəndaş üçün yaşayış icazəsi alıblar.
Həmçinin onların sənədləri saxtalaşdırdığı, saxta sənədlər hazırladığı və dövlət qurumlarını aldadaraq müxtəlif müraciətlər etdiyi ortaya çıxıb. Miqrant qaçaqmalçılığının mütəşəkkil şəkildə həyata keçirildiyi də müəyyən olunub.
Saxlanılan şəxslər polis bölməsinə aparılıb.
Şəbnəm Mehdizadə