İstanbulda şirniyyat sexində qaz sızması baş verib


  • 10:14

Türkiyənin İstanbul şəhərində yerləşən şirniyyat sexində qaz sızması baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İstanbulun Eyüpsultan rayonunda yerləşən sexin zirzəmisində qeydə alınıb.

Hadisə zamanı 5 fəhlə zəhərlənib.

Əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.

Zərərçəkənlər xəstəxanalara aparılıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər