Türkiyədə sərnişin təyyarəsinin təkəri partlayıb, sərnişinlər təxliyə edilib


  • 10:25

Türkiyənin Qaziantep şəhərində sərnişin təyyarəsində qəza baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, "SunExpress" aviaşirkətinə məxsus təyyarə Ştutqart-Qaziantep reysi üzrə uçuşunu tamamlayarkən eniş zamanı təkər partlayıb.

Təyyarədə olan 186 sərnişin və 6 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.

Hadisədən sonra təyyarənin ön şassisində zədə aşkarlandığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər