- 11:25
ABŞ-də helikopter qəzası baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza ABŞ Sahil Mühafizəsinə məxsus helikopter təlim uçuşu zamanı baş verib.
Məlumata görə, helikopter Alyaska ərazisində yerləşən Sahil Mühafizəsi hava bazasında uçuş həyata keçirərkən qəzaya düşüb.
Hadisə nəticəsində helikopterdə olan 4 ekipaj üzvünün hamısı sağ qalıb və xəstəxanaya aparılıb.
Rəsmilər ölənlərin olmadığını bildiriblər.
Qəzanın səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə