- 12:05
Rusiya 2027-ci ildə daha bir beynəlxalq təhlükəsizlik forumu keçirməyi planlaşdırır.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinin xarici işlər naziri Van İ ilə görüşdə bildirib.
“Mayın sonunda Rusiyada keçirilən birinci forumun öz effektivliyini sübut etdiyini nəzərə alaraq, gələn il də forum keçirməyi planlaşdırırıq”, - Şoyqu deyib.
O, keçirilmiş forumda iştirak etdiyinə görə Çin tərəfinə təşəkkür edib və qeyd edib ki, burada BRİKS birliyi, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) xətti üzrə əlaqələr, həmçinin ikitərəfli görüşlər keçirilib.
Şoyqu bildirib ki, Rusiya və Çin arasında əməkdaşlıq getdikcə güclənir və bu, BMT, BRİKS, ŞƏT, G20 və APEC kimi beynəlxalq platformalarda daha sıx koordinasiya ilə özünü göstərir.
"Biz, ilk növbədə, yüksək səviyyəli təmaslar sayəsində Rusiya-Çin siyasi əlaqələrini yüksək səviyyədə saxlamağa nail oluruq. İkitərəfli əməkdaşlığın inkişafı üçün əsas hərəkətverici qüvvə, əvvəlki kimi, ölkələrimizin liderləri arasında təmaslardır", - Təhlükəsizlik Şurasının katibi deyib.
Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putinin Çinə bu yaxınlarda, 25-ci səfəri ən yüksək səviyyədə dövlətlərarası əməkdaşlığın xüsusi xarakterini təsdiq etdi.
Humay Eminqızı