- 12:31
Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Kamenka-Dneprovsk rayonunun Vodyanoye kəndində yerləşən 1 nömrəli məktəbə hücum edib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, hücum yerli vaxtla 22 iyun axşam saatlarında baş verib.
Hadisə nəticəsində ölən və yaralananlar olmayıb.
Məktəb binasına və ərazidəki avtomobilə ziyan dəyib.
Hücum dronlar vasitəsi ilə həyata keçirilib.
Humay Eminqızı