- 12:47
ABŞ-nin Texas ştatında təxminən 400 arı pətəyi daşıyan yük maşını qəzaya uğrayıb.
E-huquq.az xarici KİVə istinadən xəbər verir ki, sürücü səhv dönmə edərək dar küçəsi olan yaşayış məhəlləsinə daxil olub və qoşqu kəskin dönüş zamanı idarəetməni itirərək aşıb.
Qəza nəticəsində milyonlarla bal arısı ətrafa yayılıb.
Hadisədən sonra ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb, yollar bağlanıb və sakinlərə evlərini tərk etməmək tapşırılıb.
İlkin məlumatlara əsasən, ciddi xəsarət və ya arı sancması halları qeydə alınmayıb.
Əraziyə müxtəlif arıçılıq şirkətlərindən könüllülər cəlb olunub.
Təxminən 408 pətəkdən yalnız dörddə bir hissəsinin xilas edildiyi bildirilir.
Qalan arıların toplanması üçün tələlər qurulub, lakin ərazinin tam təmizlənməsinin vaxt aparacağı qeyd olunur.
Mütəxəssislər hadisəni arıçılıq sənayesi üçün ciddi itki kimi qiymətləndirirlər.
Şəbnəm Mehdizadə