İtaliyadakı bu məşhur heykəlin Çində hazırlandığı məlum olub


  • 12:10
İtaliyadakı məşhur "Venesiya Aslanı" heykəlinin Çində hazırlandığı və daha sonra İpək Yolu vasitəsilə Avropaya gətirildiyi müəyyən edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Venesiyanın Müqəddəs Mark meydanında 700 ildən çoxdur yerləşən heykəlin mənşəyi yeni araşdırmalar nəticəsində üzə çıxıb.

Tədqiqatlara görə, təxminən 3 ton ağırlığında olan heykəl Avropada deyil, Çində, Yantszı çayı hövzəsindən çıxarılan misdən tökülüb. Elmi analizlər də misin məhz həmin regiondan olduğunu təsdiqləyib.

Araşdırmada həmçinin heykəlin Tan sülaləsi dövrünə aid “qəbir gözətçisi” fiqurlarından ilhamlandığı bildirilir.

Heykəlin Venesiyaya necə gətirildiyi ilə bağlı yazılı mənbə yoxdur. Lakin tədqiqatçılar Marko Polonun atası Nikkolo Polonun heykəli 13-cü əsrdə Pekindəki monqol sarayında gördüyünü və İpək Yolu ilə şəhərə gətirdiyini ehtimal edirlər.

1293-cü ilə aid sənədlərdə isə heykəlin artıq zədələndiyi və bərpaya ehtiyacı olduğu qeyd olunub.

Araşdırmalar həm də göstərir ki, heykəlin ilkin görünüşü fərqli olub və ehtimal ki, Avropada dəyişdirilərək qanadlı aslan formasına salınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər