- 12:47
Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-dən ibarət "Beş Göz" alyansına daxil olan kibertəhlükəsizlik qurumları süni intellektin yaxın aylarda daha güclü kiberhücumlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat alyansın yaydığı birgə bəyanatda qeyd olunub.
Bildiriilib ki, süni intellekt kibermüdafiəni gücləndirsə də, eyni zamanda hücumların sürətini və mürəkkəbliyini də artırır. Qeyd olunur ki, inkişaf etmiş AI modelləri artıq mövcud təhlükəsizlik gözləntilərini dəyişdirir və bu dəyişikliklərin təsiri “illərlə yox, aylarla” hiss edilə bilər.
Sənəddə vurğulanır ki, bu vəziyyətdə kiber dayanıqlıq yalnız texniki məsələ deyil, həm də biznes və dövlət rəhbərliyi üçün əsas məsuliyyətdir.
Bəyanatda konkret şirkət adı çəkilməsə də, diqqət ABŞ şirkəti Anthropic tərəfindən hazırlanan bəzi qabaqcıl modellərə yönəlib. Bildirilir ki, bu cür generativ AI sistemləri zəiflikləri tapmaq və istifadə etmək qabiliyyətinə malik ola bilər.
Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, yaxın zamanda daha güclü süni intellekt modelləri ortaya çıxa və bu texnologiyalar həm dövlət, həm də qeyri-dövlət aktorları tərəfindən istifadə oluna bilər.
Şəbnəm Mehdizadə