ABŞ-də məşhur şirkət 21 min işçisini ixtisar edib


  • 12:47

ABŞ-nin texnologiya şirkəti "Oracle" son bir il ərzində təxminən 21 min əməkdaşını işdən çıxarıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin illik hesabatında yer alır.

Bildirilir ki, ötən ilin mayında "Oracle"da 162 min tam ştatlı işçi olduğu halda, bu göstərici cari ildə 141 minə düşüb.

İxtisarlar şirkətin ümumi işçi qüvvəsinin təxminən 13 faizini təşkil edir.

Hesabatda qeyd olunur ki, süni intellekt texnologiyalarının tətbiqi işçi sayının azalmasına təsir göstərib və bu prosesin gələcəkdə də davam edə biləcəyi istisna edilmir.

Son aylarda oxşar tendensiya digər texnologiya şirkətlərində də müşahidə olunur. Məsələn, "Meta" də süni intellektə yatırımlar fonunda minlərlə işçini ixtisar edib.

Statistik məlumatlara görə, ötən il texnologiya sektorunda ümumilikdə 100 mindən çox işçi işini itirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər