- 16:07
İsrail silahlanma sahəsində ABŞ-dən asılılıqdan qurtulmalı və özünün müstəqil silah istehsalını yaratmalıdır.
E-huquq.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində kursantlarla görüşü zamanı məlumat verib.
"Mən silahlanma sənayesində müstəqillik istəyirəm. Amerikalı dostlarımızın dəstəyini dərindən qiymətləndirirəm, lakin biz özümüzü asılılıqdan azad etməliyik və öz müstəqil silah istehsalımızı yaratmalıyıq”, - Netanyahu deyib.
Qeyd edək ki, mayın 3-də Netanyahu bəyan edib ki, İsrail öz silah istehsalı imkanlarını inkişaf etdirmək məqsədilə növbəti 10 il ərzində müdafiə büdcəsini 350 milyard şekel (təxminən 115 milyard ABŞ dolları) artıracaq.
Humay Eminqızı