Türkiyədə Jandarma əməkdaşlarını daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralılar var


  • 15:26

Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT HABER"ə istinadən xəbər verir ki, Vanın Erciş rayonunda, Van-Erciş şosesində jandarma əməkdaşlarını daşıyan avtomobillə yük maşını toqquşub.

Hadisə yerinə təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürmə qrupları göndərilib.

Qəzada 3 jandarma işçisi və yük maşınında olan 2 nəfər yaralanıb.

Yarlılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Jandarma əməkdaşı Səməd Karabulutun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər