Fransada isti hava ciddi faciələrə səbəb olub


  • 15:32

Fransada son günlər davam edən güclü isti hava dalğası ciddi faciələrə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Sebastyan Lekornu məlumat verib.

Baş nazir bildirib ki, son 5 gün ərzində ölkədə 40 nəfər suda boğularaq həyatını itirib.

Lekornu vətəndaşları yüksək temperatur səbəbindən daha diqqətli olmağa çağırıb.

Qeyd edək ki, 18 iyundan bəri insanlar isti havadan sərinləmək üçün suya girərkən çoxsaylı ölüm halları qeydə alınıb.

Ölkədə bir müddətdir davam edən istilər fonunda bir çox bölgədə temperatur 40 dərəcəni ötüb. Nəticədə 54 bölgədə qırmızı xəbərdarlıq verilib, yüzlərlə məktəbdə isə dərslər dayandırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər