Dünyanın ən təhlükəli yolları açıqlandı


  • 15:39

Böyük Britaniyanın ictimai yayımçısı BBC dünyanın ən təhlükəli yollarının yeni siyahısını dərc edib.

E-huquq.az xəbər verir ki, siyahıya uçurum kənarları, kəskin döngələr və yüksək qəza riski ilə seçilən yollar daxil edilib. Bu marşrutlar həm sürücülər, həm də çətin hava şəraiti səbəbilə təhlükəli hesab olunur.

Siyahıda Serbiyada yerləşən İbar Highway də yer alır. "Qara magistral" kimi tanınan yol Belqradı digər şəhərlərlə birləşdirir və sıx nəqliyyatla seçilir.

Hindistanda yerləşən Keylong-Kishtwar Road və Zojila Pass Road da siyahıya salınıb. Bu yollar yüksək dağlıq ərazilərdən keçir və bəzi hissələrində qoruyucu maneələrin olmaması təhlükəni artırır.

Türkiyədən isə D915 Bayburt Road siyahıda yer alır. Bu yol kəskin döngələri və çətin relyefi ilə tanınır.

Digər təhlükəli yollar arasında Yeni Zelandiyada yerləşən Skippers Canyon Road, ABŞ-də yerləşən Dalton Highway, Pakistanda yerləşən Joot Road, Boliviyada yerləşən Yungas Road, Çində yerləşən Sichuan-Tibet Highway və Rumıniyada yerləşən Transfagarașan Highway də yer alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər