Konqoda Ebola virusundan ölənlərin sayı 267 nəfərə çatıb


  • 15:50

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saatda 13 nəfər artaraq 267-yə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda 1 048 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.

Xəstəxanalarda və karantin məntəqələrində 371 nəfər müalicə alır. 112 nəfər isə virusdan tam sağalıb.

Humay Eminqızı

Oxşar xəbərlər