İspaniyada 96 il əvvəl itən iki tablo qanuni sahiblərinə qaytarılıb


  • 16:07

İspaniyada 1929-cu ildə bir sərgidən sonra yoxa çıxan iki tarixi rəsm 96 il sonra tapılaraq qanuni sahiblərinə təhvil verilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Sevilya şəhərində 17-ci əsrə aid iki yağlı boya tablodan gedir.

Rəsmlər İncil səhnələrini təsvir edir və məşhur rəssam Lukas Valdes tərəfindən hazırlanıb.

Tablolar əvvəlcə Sevilyadakı kilsəyə məxsus olub və sonradan İbero-Amerika Sərgisində nümayiş üçün müvəqqəti olaraq icarəyə verilib. 1930-cu ildə sərgi başa çatsa da, əsərlər geri qaytarılmayıb və itib.

Rəsmlərin izi 2025-ci ilin sentyabrında hərrac kataloqunda tapılıb. Sevilya Baş yeparxiyası bu əsərlərin itkin tablolara bənzədiyini müəyyən edərək polisə məlumat verib.

Araşdırma nəticəsində Mədəni İrs Qaçaqmalçılığı İdarəsi rəsmlərin orijinal olduğunu təsdiqləyib və satış dayandırılıb. Əsərlər müsadirə olunaraq geri qaytarılıb.

Uzun illər davam edən axtarışdan sonra rəsmlər Sevilya Baş yeparxiyasına təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər