- 16:07
ABŞ İranın nüvə proqramı ilə bağlı Tehranın etdiyi güzəştlər müqabilində İrana qarşı dəniz blokadasını ləğv edib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat yayıb.
O bildirib ki, zərurət yaranarsa, bu blokada yenidən bərpa oluna bilər.
"İranın etdiyi bu və digər mühüm güzəştləri nəzərə alaraq, mən Hörmüz boğazının açıq saxlanılmasına və əlavə dəniz blokadasının tətbiq edilməməsinə razılıq verdim. Bununla belə, blokadanın yenidən tətbiq olunmasına ehtiyac yaranacağı təqdirdə bütün gəmilər öz mövqelərində qalır. Hazırda isə belə bir ehtimal olduqca az görünür", - Tramp deyib.
Humay Eminqızı