- 10:12
Türkiyənin Rize vilayətində zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Rizenin Çayeli rayonunda, Limanköy ərazisində avtombil sürücüsü idarəetməni itirərək elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobil qarşı zolağa çıxaraq digər avtomobillə toqquşub. Eyni istiqamətdə hərəkət edən pikap da qəzaya düşüb.
Yol qəzasında 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım, xilasetmə, polis və jandarma qrupları göndərilib.
Avtomobildə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə