İzmirdə 35 qanunsuz miqrant xilas edilib


  • 08:48

Türkiyənin İzmir şəhərində 35 qanunsuz miqrant xilas edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, İzmirin Urla rayonunda sahil mühafizəçiləri quruda 24 qanunsuz miqrantı saxlayıblar.

Seferihisar sahillərində qanunsuz miqrantları daşıyan rezin qayığın mühərrikində texniki nasazlıq yaranıb. Hadisə yerinə cəlb olunan xilasetmə qrupları 35 nəfər miqrantı xilas ediblər.

Miqrantlar müvafiq prosedurlar tamamlandıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər