Kuba hökuməti ABŞ-nin yeni sanksiyalarına sərt reaksiya verib


  • 09:09

Kuba hökuməti ABŞ-nin yeni sanksiyalarına sərt reaksiya verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kubanın xarici işlər naziri Bruno Rodriqes ABŞ administrasiyasının Kuba ilə əlaqəli bəzi şirkətləri sanksiya siyahısına daxil etməsini tənqid edib.

Rodriqes yeni məhdudiyyətləri “cinayət” adlandıraraq, ABŞ-nin Kuba iqtisadiyyatına qarşı təzyiqləri artırdığını bildirib. O, Vaşinqton adminstrasiyasının tətbiq etdiyi tədbirlərin ölkə iqtisadiyyatına və əhalinin yaşayış şəraitinə mənfi təsir göstərdiyini vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio isə sosial şəbəkədəki paylaşımında Kuba hökumətini hədəf alan yeni sanksiyaları açıqlayıb. O bildirib ki, Kuba iqtisadiyyatında mühüm paya malik olan və hərbi nəzarət altında fəaliyyət göstərən "Grupo de Administración Empresarial S.A." (GAESA) holdinqi ilə əlaqəli qurumlar sanksiyalar siyahısına əlavə edilib.

Rubionun sözlərinə görə, siyahıya həmçinin Kubanın mineral və metal ehtiyatlarından qanunsuz gəlir əldə etdiyi iddia olunan təşkilatlar da daxil edilib.

ABŞ rəsmisi qeyd edib ki, rəsmi Vaşinqton bu şirkətlərin fəaliyyətinin genişlənməsinə imkan verməyəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər