- 10:12
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) müfəttişlərinin İranın zənginləşdirilmiş uran proqramı ilə bağlı yoxlamalar aparmaq üçün ölkəyə səfər edəcəyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, AEBA müfəttişləri İrana səfər edəcəklər, lakin bunun üçün tələsməyə ehtiyac yoxdur.
Tramp bildirib ki, ABŞ və İran arasında əldə olunan razılaşma uğurlu sənəddir və İranın nüvə silahına sahib olmasının qarşısını almağa xidmət edir. O, rəsmi Tehranın da bu razılaşmanı qəbul etdiyini qeyd edib.
ABŞ Prezidenti həmçinin İranın iqtisadi çətinliklərlə üzləşdiyini vurğulayaraq, razılaşmanın ölkənin iqtisadi vəziyyətinin yaxşılaşmasına müəyyən töhfə verə biləcəyini bildirib.
Şəbnəm Mehdizadə