Tramp neft qiymətinin aşağı düşməməsindən narazıdır


  • 10:01

ABŞ prezidenti Donald Tramp ölkədə neftin qiymətinin aşağı düşməməsindən narazıdır.

E-huquq.az xəbər verir ki, bu barədə Tramp “Truth Social”da məlumat verib.

"Böyük neft şirkətləri aldıqları neftin qiymətinin kəskin azalması ilə mütənasib olaraq yanacaqdoldurma məntəqələrində qiymətləri aşağı salmırlar", - Tramp yazıb.

O bildirib ki, məsələ ilə əlaqədar olaraq Ədliyyə Nazirliyinə araşdırma aparmağı tapşırıb.

Qeyd edək ki, daha əvvəl Tramp bildirmişdi ki, iyunun 22-də təxminən 19 milyon barel neft Hörmüz boğazı vasitəsilə daşınıb. O qeyd edib ki, neft qiymətləri aşağı düşür və dünya daha təhlükəsiz olur.

Humay Eminqızı

Oxşar xəbərlər