İndoneziyada vulkan püskürdü


  • 11:13

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı püskürüb.

E-huqiq.az xarici KİV-ə istinadən xəbər verir ki, püskürmə zamanı vulkan külü kraterdən 600 metr yüksəkliyə və ya dəniz səviyyəsindən 4 276 metr yüksəkliyə qalxıb.

Yerli hakimiyyət sakinləri və turistləri vulkanın kraterinə 5 kilometr radiusda yaxınlaşmağa çağırıb.

Qeyd edək ki, Semeru İndoneziyanın 4-cü ən hündür vulkanıdır. O, dəniz səviyyəsindən 3676 metr yüksəklikdə yerləşir və Yava adasındakı ən yüksək zirvədir.

Humay Eminqızı

Oxşar xəbərlər