- 11:13
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saatda 10 nəfər artaraq 277-yə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda 1 094 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.
Xəstəxanalarda və karantin məntəqələrində 387 nəfər müalicə alır. 115 nəfər isə virusdan tam sağalıb.
Humay Eminqızı