- 16:55
İran ABŞ ilə danışıqlar prosesi çərçivəsində Qəzza zolağı məsələsinə diqqət yetirmək niyyətindədir.
E-huquq.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun üzvü Bassem Naim ilə telefon danışığı zamanı bildirib.
Əraqçinin sözlərinə görə, İran nümayəndə heyəti davam edən danışıqlar çərçivəsində Amerika tərəfi və vasitəçilərlə keçiriləcək məsləhətləşmələr zamanı İsrailin işğalçı hakimiyyət orqanlarının Qəzzaya qarşı dayanmayan təcavüzü, atəşkəs razılaşmalarının və anklav sakinlərinin hüquqlarının sistematik şəkildə pozulması, eləcə də davam edən soyqırımı məsələlərini qaldıracaq.
Humay Eminqızı