Lavrov ABŞ ilə ikitərəfli münasibətlərə dair dialoqda irəliləyiş görmür


  • 15:45

Moskva ilə Vaşinqton arasında dialoq qarşılıqlı hörmət əsasında aparılır, lakin ikitərəfli münasibətlərə dair konkret məsələlər, o cümlədən diplomatik nümayəndəliklərin fəaliyyəti ilə bağlı hələlik irəliləyiş yoxdur.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov oxunuşları” beynəlxalq elmi-ekspert forumunda məlumat verib.

“Biz ABŞ ilə qarşılıqlı hörmət əsasında işləyirik. Onlar öz planlarını gizlətmirlər və biz hər zaman dinləməyə və mövqeyimizi izah etməyə hazırıq. Harada nəyi həll etmək mümkündürsə, bunun üzərində işləyəcəyik. Lakin hələlik heç bir məsələdə, o cümlədən səfirliklərimizin fəaliyyətinin təfərrüatları, mülklərimizlə bağlı heç bir irəliləyiş yoxdur”, - Lavrov deyib.

Humay Eminqızı

Oxşar xəbərlər