- 17:41
Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağınd atəşkəsi pozması nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1 029 nəfərə, yaralananların sayı isə 3 294 nəfərə çatıb.
Dağıntılar altından 785 cəsəd çıxarılıb.
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 041 nəfərə, yaralananların sayı isə 173 402 nəfərə çatıb.
Humay Eminqızı