- 18:02
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar heç bir şəkildə gəmilərin saxlanılması üçün hüquqi əsas ola bilməz.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin direktoru Maksim Musixin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.
“Sanksiyalar heç bir şəkildə hüquqi baxımdan dəniz hüququna dair konvensiya rejiminə və gəmiçilik azadlığına təsir göstərə bilməz. Bu, heç kimin hərəkətlərinə hüquqi əsas vermir”, - diplomat bildirib.
O, Rusiyanın BMT Təhlükəsizlik Şurasında, gəmiçilik azadlığının qorunması üçün siyasi-diplomatik vasitələrdən maksimum dərəcədə istifadə etdiyini vurğulayıb.
Humay Eminqızı