- 18:02
Son 2 həftə ərzində Türkiyənin 42 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyatlar keçirilib.
E-huquq.az-ın "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Terrorla Mübarizə İdarəsi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilib.
Keçirilən əməliyyatlarda 237 şübhəli saxlanılıb. Onlardan 128-i həbs olunub.
Şübhəlilərin FETÖ-nün “məxfi strukturları” daxilində fəaliyyət göstərdiyi, təşkilat daxilindəki şəxslərlə taksofon vasitəsilə əlaqə saxladığı və təşkilata bağlı müəssisələr vasitəsilə maliyyə dəstəyi verdiyi müəyyən edilib.
Humay Eminqızı