- 18:02
"Avropadakı isti hava dalğası məktəblərin bağlanmasına və insanların sağlamlığının risk altına düşməsinə səbəb olur".
E-huquq.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial media platformasında isti hava dalğası ilə bağlı hesabından bildirib.
O, Avropada temperaturun qlobal orta göstəricidən təxminən iki dəfə surətlə artdığını bildirib.
Qebreyesus Avropadakı bu vəziyyətin gələcəkdə həddindən artıq isti dalğalarının ehtimalını və şiddətini artırdığını qeyd edib.
"Liderlər iqlim tədbirlərini sürətləndirməli və iqlim böhranının əsas səbəblərini yumşaltmalı, həmçinin iqlimə davamlı sağlamlıq sistemlərinə investisiyalara üstünlük verməlidirlər”, - Qebreyesus bildirib.
Humay Eminqızı