Hava şəraiti əhalinin sağlamlığı üçün risk yarada bilər: İngiltərədə qırmızı xəbərdarlıq


  • 18:02

“Met Office” Meteoroloji Xidməti çərşənbə günü səhər saatlarından etibarən nadir rast gəlinən “qırmızı səviyyəli ekstremal istilik xəbərdarlığı” yayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıq Londondan Somerset və Suonsiyə, şimalda isə Birminghama uzanan geniş ərazini əhatə edir.

Səlahiyyətlilər İngiltərə və Uelsin bəzi bölgələrində Qərbi Avropaya təsir edən “istilik qübbəsi” səbəbindən son dərəcə yüksək temperatur yaşanacağını açıqlayıb.

Dəmir yolu şirkəti “Network Rail” sərnişinlərə yalnız zəruri olduqda səyahət etməyi tövsiyə edib. Həddindən artıq istilər səbəbindən relslərin əyilmə riskinə qarşı qatar reyslərinin azaldıldığı və sürət məhdudiyyətlərinin tətbiq edildiyi bildirilib.

Suya tələbatın artması ilə əlaqədar Kent, Sussex, Surrey, Hampshire və Berkshire bölgələrində suvarma qadağaları qüvvəyə minib.

Bəzi məktəblərdə rəsmi geyim qaydası yumşaldılaraq şagirdlərin idman geyimində dərslərə gəlməsinə icazə verilib.

Səhiyyə rəsmiləri mövcud hava şəraitinin ümumi əhalinin sağlamlığı üçün risk yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Humay Eminqızı

Oxşar xəbərlər