Venesuelada dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb - YENİLƏNİB


  • 09:07

Venesuelada bir dəqiqədən az fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, geniş dağıntı və dağıntılara səbəb olan yeraltı təkanlardan sonra ölkədə fövqəladə vəziyyət elan edilib.

Ölkədə metro və qatar xidmətləri dayandırılıb, hava limanları bağlanıb. Məktəblərdə dərslər dayandırılıb.

Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqez ölkədə baş verən zəlzələlərdə 32 nəfərin həyatını itirdiyini, 700-dən çox insanın isə yaralandığını açıqlayıb.

Televiziya ilə xalqa müraciətində Rodriqez daxili işlər naziri Diosdado Kabello və Milli Assambleyanın prezidenti Xorxe Rodrigeslə birlikdə ölkədə fövqəladə vəziyyət elan olunduğunu elan edib.

Rodriqez zəlzələdə yaxınlarını itirənlərə başsağlığı verib və ölənlərin sayının artacağını istisna etməyib.

ABŞ Geoloji Tədqiqat Xidməti (USGS), mərkəzi Yaracuy əyalətindəki San Felipe yaxınlığında 7,2 bal gücündə zəlzələnin, 39 saniyə sonra isə 7,5 bal gücündə ikinci böyük zəlzələnin qeydə alındığını açıqlayıb.

İlkin zəlzələlərdən sonra bölgədə 20-dən çox yeraltı təkan qeydə alınıb. Bildirilib ki, ən çox zərər görən ərazilər ölkənin şimal sahil xətti boyunca, o cümlədən La Quaira, Araqua, Karabobo və Falkon olub.

Daxili İşlər Naziri Diosdado Kabello bildirib ki, zəlzələ Trujillo, Yaracuy, Carabobo, Aragua, Miranda və La Guaira ştatlarında, eləcə də Karakasda güclü hiss olunub.

Paytaxt Karakasda bəzi binaların uçduğunu vurğulayan Kabello, Maiquetía Beynəlxalq Hava Limanının tavanının da uçduğunu və bütün uçuşların ləğv edildiyini bildirib. Nazir həmçinin zəlzələ riski ilə əlaqədar vətəndaşlara evlərində qalmamaq barədə xəbərdarlıq edib.

Zəlzələnin şiddətli hiss olunduğu paytaxt Karakasda elektrik kəsintiləri baş verib, yanacaq təchizatı dayandırılıb.

Şəhərin şimalındakı San Bernardino ətrafında çoxmərtəbəli binanın uçduğu bildirilib və dağıntılar altında qalanlara çatmaq üçün xilasetmə əməliyyatları davam edir.

Dağıntılar altından 18 nəfərin sağ xilas edildiyini və 500-dən çox təcili yardım işçisinin əməliyyatlarını davam etdirdiyi bildirilib. İtkin düşmüş yaxınlarını axtaran vətəndaşlar üçün Plaza Altamira və Plaza Los Palos Grandesdə təcili yardım mərkəzləri yaradılıb.

Səlahiyyətlilər zəlzələ təhlükəsi səbəbindən vətəndaşları zədələnmiş binalara girməməyə və təhlükəsiz ərazilərdə gözləməyə çağırır.

ABŞ-nin Karakasdakı səfirliyi də bəyanat yayaraq, vəziyyəti yaxından izlədiyini qeyd edib və ictimaiyyəti zədələnmiş ərazilərdən uzaq durmağa çağırıb.
Rəsmilər ölən və yaralananlar barədə məlumat verməyib.

Əvvəlcə Karib dənizinin bəzi hissələri, o cümlədən Venesuela sahilləri, ABŞ və Britaniya Virgin adaları üçün sunami təhlükəsi xəbərdarlığı edilib.

Lakin bu xəbərdarlıqlar ləğv edilib.

ABŞ Sunami Xəbərdarlıq Sistemi zəlzələlər nəticəsində yaranan sunami təhlükəsinin bölgədə artıq mövcud olmadığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər