Yaponiyada 7,2 maqnitudalı zəlzələ nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB


  • 09:31

Yaponiyanın şimal-şərqində 7,2 maqnitudalı zəlzələ nəticəsində 4 nəfər xəsarət alıb, lakin sunami xəbərdarlığı elan edilməyib.

E-huquq.az xəbər verir ki, bu barədə "Kyodo" meteorologiya agentliyinə və yerli yanğından mühafizə xidmətlərinə istinadən məlumat yayıb.

Məlumata görə, səhər saat 07:30-da İvate prefekturasının Sakit okean sahilində 44 kilometr dərinlikdə baş verən zəlzələ Yaponiya seysmik intensivlik şkalası üzrə 6 maqnitudalı (Aomori prefekturasında yerləşən Hasikamidə 7 və Hatinohedə 6 maqnitudalı) olub.

Yaponiyanın şimal-şərqində 6,9 maqnitudada zəlzələ qeydə alınıb.

E-huquq.az xəbərinə görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Sakit Okeanda, İvate prefekturasının şərqində, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Əvvəlcə sunami xəbərdarlığı edilsə də, xəbərdarlıq bir neçə dəqiqə sonra ləğv edilib. Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sakinlərə mümkün təkrar təkanlar barədə xəbərdarlıq edilərək ayıq-sayıq olmağa çağırılır.

Zəlzələ və onun nəticələri barədə məlumat toplamaq və təhlil etmək üçün Yaponiya Baş naziri Sanae Takaiçinin Dəftərxanası yanında təcili qərargah yaradılıb. Həmçinin bildirilir ki, yerli enerji şirkətləri də zəlzələnin yerli nüvə obyektlərində hər hansı fövqəladə vəziyyətə səbəb olub-olmadığını araşdırır.

Oxşar xəbərlər