Fransada meşə yanğınları təhlükəsi artır: 48 vilayətdə narıncı həyəcan elan edilib


  • 14:04

Fransada günlərdir davam edən isti hava şəraiti səbəbindən 48 vilayətdə meşə yanğınları ilə bağlı narıncı həyəcan səviyyəsi elan edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Meteorologiya Agentliyi "Meteo France" məlumat yayıb.

Məlumata görə, iyunun 23 və 24-ü ölkədə indiyədək qeydə alınan ən isti günlərdən olub. Dünən Parisdə havanın temperaturu 40,3, Bordoda isə 41,8 dərəcəyə çatıb.

Ekstremal istilərlə əlaqədar bu gün ölkənin 72 vilayətində qırmızı xəbərdarlıq elan olunub.

Hazırda Fransa ərazisində 26 fərqli nöqtədə yanğınların davam etdiyi bildirilir. İndre və Çer vilayətlərinin sərhədində yerləşən əkin sahəsində biçin işləri zamanı baş verən yanğın nəticəsində 110 hektar sahə yanaraq məhv olub.

Rəsmi məlumatlara görə, isti hava dalğası ilə əlaqədar son günlər ölkədə 48 nəfər suda boğularaq həyatını itirib.

Meteoroloqlar yaxın günlərdə də yüksək temperaturun davam edəcəyini və yanğın riskinin yüksək olaraq qalacağını bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər