ABŞ Venesuelaya axtarış-xilasetmə qrupları və humanitar yardım göndərib


  • 14:17

ABŞ ardıcıl iki güclü zəlzələdən sonra Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio məlumat verib.

O "X" sosial media platformasında paylaşdığı bəyanatda zəlzələlərdən sonra Venesuela xalqına başsağlığı verib.

Qeyd edək ki, Venesuealda baş verən zəlzələlər nəticəsində 32 nəfərin həyatını itirdiyini, 700-dən çox insanın yaralandığı bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər