Norveçdə bu şəxslərin süni intellekt texnologiyalarından istifadəsi qadağan edilir


  • 14:25

Norveç hökuməti rəqəmsallaşmanın təhsilə mənfi təsirlərini azaltmaq üçün daha bir radikal addım atır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə ibtidai siniflərdə süni intellekt alətlərinin istifadəsinə qadağa qoyulub.

Norveçin Baş naziri Yonas Qar Störe mətbuat konfransında bildirib ki, süni intellekt alətlərindən istifadə uşaqların təhsillərində kritik mərhələləri atlama riski daşıyır. Məktəblərdə əsas prioritetin uşaqların oxuma, yazma və ilkin riyazi bacarıqlarla təchiz edilməsi olduğunu vurğulayan Baş nazir yeni qaydaların avqustun sonundan etibarən yeni tədris ilindən etibarən qüvvəyə minəcəyini deyib.

Hökumət daha əvvəl akademik nailiyyətləri artırmaq və sinif nizam-intizamını bərpa etmək üçün məktəblərdə smartfonlardan istifadəni qadağan edib.

Yeni qaydalara əsasən, ibtidai və orta məktəb şagirdlərinin (birinci sinifdən yeddinci sinfə qədər və 6 yaşdan 13 yaşa qədər) süni intellekt alətlərindən istifadə etməsi ümumiyyətlə qadağan ediləcək.

Orta məktəbəqədər yaşda olan 14-16 yaş arası şagirdlərə yalnız müəllimlərinin ciddi nəzarəti altında bu texnologiyalarla təcrübə keçirməyə icazə veriləcək.

Hökumət hesab edir ki, yalnız 17-19 yaş qrupunda olan orta məktəb şagirdləri süni intellektdən düzgün istifadə etməyi öyrənməlidirlər.

Norveçin texnologiyadan istifadəni məhdudlaşdırmaq tədbirləri təkcə təhsil sektoru ilə məhdudlaşmır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər