“CNBC”: Ağ Ev İranla müharibə və digər ehtiyaclar üçün Konqresdən 87,6 milyard dollar istəyib


  • 14:29

ABŞ Prezident Administrasiyası Konqresdən əlavə 87,6 milyard dollar maliyyə vəsaiti istəyib.

E-huquq.az xəbər verir ki, bu barədə “CNBC” telekanalı məlumat yayıb.

Müvafiq sorğunu Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktoru Rassel Vout Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərib.

Sənədə əsasən, 21 milyard dollar vəsait Pentaqon üçün sursatların alınmasına və ABŞ-nin sənaye bazasının gücləndirilməsinə tələb olunur. Bundan əlavə, Ebola virusuna qarşı mübarizə məqsədilə 1,4 milyard dollar, nüvə və enerji təhlükəsizliyinin təmin edilməsi üçün isə 768 milyon dollar vəsait istənilib.

Bildirilir ki, Amerika fermerlərinə dəstək üçün 10 milyard dollar, Vaşinqtonda bərpa və tikinti layihələri üçün 500 milyon dollar, Nyu-Yorkdakı vağzallardan birinin yenidən qurulması üçün isə 1 milyard dollar tələb olunur.

Humay Eminqızı

Oxşar xəbərlər