Konqoda Ebola virusundan ölənlərin sayı 290 nəfəri ötüb


  • 14:32

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saatda 14 nəfər artaraq 291-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media İşləri Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda 1 118 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb.

Xəstəxanalarda və karantin məntəqələrində 408 nəfər müalicə alır. 122 nəfər isə virusdan tam sağalıb.

Humay Eminqızı

Oxşar xəbərlər