- 16:09
Türkiyədə 2025-ci ildə ölənlərin sayı 491 min 684 nəfər təşkil edib.
E-huquq.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Məlumata görə, ölüm hallarının sayı 2024-cü illə müqayisədə 0,4 faiz artıb. Belə ki, 2024-cü ildə ölkədə 489 min 734 ölüm halı qeydə alınıb.
Ötən il vəfat edənlərin 55,1 faizini kişilər, 44,9 faizini isə qadınlar təşkil edib.
TÜİK-in açıqlamasında körpə ölüm göstəricilərində azalma müşahidə olunduğu da bildirilib. Belə ki, 2024-cü ildə 8 min 484 körpə ölümü qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm 6 min 988-ə enib.
Statistikaya əsasən, Türkiyədə ümumi ölüm hallarının sayında cüzi artım, körpə ölümlərində isə azalma qeydə alınıb.
Şəbnəm Mehdizadə