Aİ Kiyevə büdcə yardımının ikinci tranşını planlaşdırır


  • 16:17

Avropa İttifaqının Kiyev rejiminə 3,7 milyard avro məbləğində büdcə yardımının ikinci tranşı sentyabr ayına planlaşdırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

"Biz bu il üç ödəniş etməyi planlaşdırırıq. İlkin olaraq, ikinci tranş sentyabrda təxminən 3,7 milyard avro təşkil edəcək, sonuncu, 1,45 milyard avro dəyərində ödəniş isə ilin sonunda olacaq”, - məlumatda bildirilib.

Avropa Komissiyası bu il Kiyev rejiminin büdcə dəstəyinə ümumilikdə 2026-2027-ci illər üçün nəzərdə tutulan və ümumi həcmi 90 milyard avro olan Ukraynanın maliyyələşdirmə proqramından 8,5 milyard avro ayırmağı planlaşdırır. Vəsaitin üçdə ikisi birbaşa hərbi ehtiyaclara, qalan üçdə biri isə büdcə və iqtisadi dəstəyə yönəldiləcək.

Humay Eminqızı

Oxşar xəbərlər