- 18:33
Rusiya cavab tədbiri olaraq Rumıniyanın Sankt-Peterburqdakı konsulluğunu bağlamaq və rumın konsulu ölkədən çıxarmaq qərarına gəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“25 iyun tarixində Rumıniyanın Rusiya Federasiyasındakı səfiri Kristiana İstrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona nazirliyin notası təqdim edilib. Notada Rumıniyanın Sankt-Peterburqdakı baş konsulunun “persona non grata” elan edildiyi və həmin şəhərdə yerləşən konsulluq müəssisəsinin yaxın zamanda bağlanacağı bildirilir”, - məlumatda deyilir.
Bildirilib ki, bu tədbirlər Buxarest tərəfindən Rusiyanın Konstantsadakı baş konsulluğunun fəaliyyətinə verilmiş razılığın əsassız şəkildə geri çağırılması və onun rəhbərinin “persona non grata” elan edilməsinə cavab olaraq qəbul edilib.
Humay Eminqızı