Bir ailənin üç övladı yanğın nəticəsində öldü


  • 17:12

Türkiyənin Kahramanmaraş vilayətində yaşayış binasında baş verən yanğın nəticəsində bir ailənin 3 üzvü həyatını itirib, 4 nəfər isə xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın çoxmənzilli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə qeydə alınıb.

Yanğınla bağlı məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, yanğınsöndürmə və polis qüvvələri cəlb olunub.

Yanğın zamanı əlilliyi olduğu bildirilən, bir ailənin 3 üzvü - Esra Saltalı, Muhammet Saltalı və Abdulgani Saltalı həyatını itirib.

Hadisə nəticəsində yaralanan digər qardaş Mustafa Saltalı, həmçinin ana Nevruz Saltalı və eyni mərtəbədə yaşayan daha iki nəfər təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər