Yaponiyada tayfun səbəbindən xəbərdarlıq edilib


  • 17:22

Yaponiya Meteorologiya Agentliyi (JMA) ölkəyə yaxınlaşan iki tayfunla əlaqədar ölkənin cənub-qərbindən şərqinə qədər uzanan Sakit okean sahillərində güclü yağışlarla bağlı xəbərdarlıq yayıb.

E-huquq.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, Mekkhala tayfununun Yaponiyanın Sakit okean sahillərinə yaxınlaşacağı gözlənilir.

Eyni zamanda, Filippinin şərqində yerləşən sularda hərəkət edən Higos tayfununun da şimala doğru irəlilədiyi bildirilir.

Yaponiya Meteorologiya Agentliyi güclü yağışlar, torpaq sürüşmələri və daşqın riskləri ilə əlaqədar əhalini ehtiyatlı olmağa çağırıb.

Agentlik xüsusilə Okinava prefekturası və Amami adalarında yaşayan sakinləri güclü küləklərə qarşı diqqətli olmağa səsləyib.

Yaponiyanın Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyi isə Yamaquçi və Fukuoka da daxil olmaqla ölkənin qərb və cənub-qərb bölgələrində yüz minlərlə insanın güclü yağışlar səbəbindən verilən təxliyə göstərişlərindən təsirləndiyini açıqlayıb.

Məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən bəzi zavodlarda istehsal müvəqqəti dayandırılıb.

Həmçinin qatar reyslərinin və aviareyslərin ləğv oluna biləcəyi bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər