Yaponiyada 5,8 bal gücündə zəlzələ oldu


  • 09:04

Yaponiyanın mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Tokio yaxınlığında yerləşən Tiba prefekturasında, yerin 50 kilometr dərinlikdə yerləşib.

Təbbi fəlakət nəticəsində ölən, yaralanan və ya dağıntı qeydə alınmayıb.

Zəlzələdən dərhal sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Lakin daha sonra xəbərdarlıq ləğv olunub.

Yeraltı təkanlar paytaxt Tokioda da hiss edilib.

Oxşar xəbərlər